• cümə, 19 Aprel, 13:33
  • Baku Bakı 25°C

Rusiyayönlü «xalq qubernatoru» həbs edilib

06.03.14 18:28 1182
Rusiyayönlü «xalq qubernatoru» həbs edilib
Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları (UTX) Donetskdə Rusiyayönlü fəalların lideri Pavel Qubarevi həbs edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, UTX əməkdaşları onu «BBC»-yə müsahibə verərkən, mənzilində tutublar.
Axtarış üçün məhkəmənin qərarını təqdim ediblər. Qubarev separatçılığa açıq-aşkar çağırış etməkdə ittiham olunur.
Martın 6-da Pavel Qubarev mətbuat konfransında bildirib ki, Krımın ardınca «Donetsk vilayəti müqəddəratın təyini» ilə bağlı referendum keçirəcək.
Bir müddət öncə Donetskdə keçirilən mitinqdə Qubarev «xalq qubernatoru» elan edilmişdi.
banner

Oxşar Xəbərlər