• çərşənbə axşamı, 23 aprel, 22:11
  • Baku Bakı 20°C

Rusiyaya şərab ixracında yaranmış məsələ öz həllini tapıb

26.11.18 16:15 480
Rusiyaya şərab ixracında yaranmış məsələ öz həllini tapıb
Azərbaycan şərablarının Rusiyaya ixracı ilə məşğul olan bəzi şirkətlərin çətinliklə üzləşməsi barədə müraciətlərinin yerində və operativ araşdırılması üçün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin və Dövlət Gömrük Komitəsinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Rusiyaya ezam olunub.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumantda bildirilir ki, Rusiya İqtisadi İnkişaf Nazirliyinin və Federal Gömrük Xidmətinin nümayəndələri ilə aparılmış müzakirələr nəticəsində texniki xarakterli məsələ tamamilə aradan qaldırılıb:
"Özünəməxsus dadı və yüksək keyfiyyəti ilə seçilən Azərbaycan şərablarının ixrac coğrafiyası genişlənir. Şərablarımız dünyanın bir sıra ölkələrinə, o cümlədən Rusiya Federasiyasına ixrac olunur. İxracatçı şirkətlərin bu cür məsələlərlə gələcəkdə qarşılaşmaması üçün mütəmadi informasiya mübadiləsinin aparılması barədə razılıq əldə edilib".
banner

Oxşar Xəbərlər