• cümə axşamı, 25 aprel, 14:14
  • Baku Bakı 23°C

Rusiyaya qarşı yeni sanksiyalar

19.02.18 09:40 623
Rusiyaya qarşı yeni sanksiyalar
ABŞ dövlət katibi Reks Tillerson Rusiya ilə münasibətdə yeni sanksiyaların tətbiqinin mümkün olduğunu bəyan edib.
APA-nın xəbərinə görə, o, CBS telekanalına müsahibəsində "Niyə Konqresin qərarında nəzərdə tutulan sanksiyalar tam şəkildə tətbiq edilmir” sualına cavabında deyib ki, artıq bəzi addımlar atılıb: "Artıq mövcud qanunvericiliyə əsasən, Rusiya hərbi texnikasının satışına dair bir neçə sazişin qarşısı alınıb. Biz sanksiyalar tətbiq edilə biləcək bir sıra digər şəxsləri də nəzərdən keçiririk".
Qeyd edək ki, ABŞMaliyyə Nazirliyinin hazırladığı "Kreml hesabatı" adlı sənədə210 nəfərin adı daxil edilib.
Bu siyahı avtomatik olaraq həmin şəxslərə qarşı sanksiyaların tətbiqi demək deyil. Konqres siyahı, xüsusən də onun məxfi hissəsindəki məlumatlar əsasında bu şəxslərə qarşı ABŞ-a səyahət qadağası, ABŞ-dakı aktivlərinin, varidatlarının dondurulması da daxil olmaqla, müxtəlif sanksiyalar tətbiq edə bilər.
Eyni zamanda, "qara siyahı"ya düşmək bu şəxslərin öz bizneslərini genişləndirmək imkanlarının məhdudlaşması mənasına gəlir.
banner

Oxşar Xəbərlər