• çərşənbə axşamı, 19 mart, 13:36
  • Baku Bakı 8°C

Rusiyaya qarşı diplomatik addım hazırlanır

23.03.18 11:28 498
Rusiyaya qarşı diplomatik addım hazırlanır
Avropa İttifaqının bir sıra üzv dövlətləri Böyük Britaniyada Rusiya kəşfiyyatının sabiq zabiti Sergey Skripalın zəhərlənməsi işi ilə əlaqədar öz diplomatlarını Rusiyadan geri çağırmağı və ya bu ölkənin diplomatlarını öz ölkələrindən çıxarmağı düşünürlər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədəAvropa İttifaqının Brüsseldə keçirilən zirvə toplantısında iştirak edən mənbə deyib. "Bəzi ölkələr öz diplomatlarını geri çağırmaq və ya Rusiya diplomatlarını çıxarmağı nəzərdən keçirir”, deyə mənbə bildirib. O, hazırda Aİ üzvlərindən yarısından azının, o cümlədən Fransa, Polşa və 3 Baltik ölkəsinin bu tədbirləri planlaşdırdıqlarını söyləyib.

Qeyd edək ki, artıq Aİ liderləri təşkilatın Rusiyadakı səfiri Markus Edererin məsləhətləşmələr üçün geri çağırılması barədə qərar qəbul ediblər.
banner

Oxşar Xəbərlər