• çərşənbə axşamı, 19 mart, 10:50
  • Baku Bakı 8°C

"Rusiyaya məhsul ixracını 3 dəfə artırmaq niyyətindəyik"

23.04.18 15:40 661
"Rusiyaya məhsul ixracını 3 dəfə artırmaq niyyətindəyik"
"Biz Rusiya tərəfinə Azərbaycanın 5 illik istehsal planları ilə bağlı məlumat vermişik ki, onlar da öz idxal-ixrac əməliyyatlarında bunu nəzərə alsınlar".
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziriŞahin Mustafayevbildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın qarşıdakı illərlə bağlı çox məqsədyönlü proqramları var.
"Biz qarşıdakı illərdə ixracın artırılması istiqamətində böyük həcmdə işlər aparırıq. Biz məhsuldarlığın artırılması hesabına məhsul istehsalını artırmaq niyyətindəyik. Qarşıdakı 5 il ərzində Rusiyaya məhsul ixracını 3 dəfə artırmaq niyyətindəyik. Bu, bizim üçün hədəfdir", - deyə nazir vurğulayıb.
banner

Oxşar Xəbərlər