AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rusiyaya daha bir zərbə vurula bilər

Rusiyaya daha bir zərbə vurula bilər

İdman
11 Dekabr 2019, 12:30 208
 VADA-nın idmançılar komitəsi Rusiyanın daha ağır sanksiyaya məruz qalmasını tələb edir.
 
Kaspi.az xəbər verir ki, komitə Rusiya idmançıların yarışlarda neytral bayraq altında iştirakının da əleyhinədir. Bunun üçün İdman Arbitraj Məhkəməsinə müraciət etmək nəzərdə tutulur. 
 
Bu gün komitənin iclası olacaq və yekun qərar veriləcək. VADA Rusiyanı 4 il müddətinə bütün beynəlxalq yarışlardan kənarlaşdırıb. Rusiyalı idmançılar yarışlarda yalnız neytral bayraq altında iştirak edə bilərlər. 
 
Rusiya beynəlxalq yarışları keçirmək hüququndan da məhrum edilib.