• şənbə, 20 Aprel, 11:23
  • Baku Bakı 14°C

Rusiyanın yeni raket gəmisi Xəzər donanmasında

22.12.14 10:39 989
Rusiyanın yeni raket gəmisi Xəzər donanmasında
Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının tərkibinə daha bir döyüş gəmisi daxil edilib. APA-nın Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 19-da 21631 "Buyan-M" layihəli kiçik raket gəmisi suüstü gəmilər briqadasının bazasına qəbul olunubb.
"Velikiy Ustyuq" adlı gəmi Xəzər flotiliyasının tərkibində 21631 "Buyan-M" layihəli üçüncü gəmidir. Xəzər dənizi və Volqa çayının kiçik dərinlikləri nəzərə alınaraq Xəzər flotiliyası üçün xüsusi olaraq tikilən bu gəmilər ən çoxu 2 metr suya oturur. Kiçik çökmə və yüksək manevr qabiliyyəti sayəsində Xəzər dənizinin sahilboyu zonasında və çaylarda verilən tapşırıqları yerinə yetirməyi bacarır. Gəmi "Kalibr-NK" universal raket kompleksi ilə silahlandırılıb.
banner

Oxşar Xəbərlər