• cümə, 26 Aprel, 14:43
  • Baku Bakı 23°C

Rusiyanın Ukraynadakı azərbaycanlı konsuluna hücum olub

14.04.14 17:20 947
Rusiyanın Ukraynadakı azərbaycanlı konsuluna hücum olub
Rusiyanın Ukraynanın Çerniqov vilayətindəki fəxri konsuluna hücum olub.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Çerniqov vilayəti üzrə nümayəndəliyindən APA-ya verilən məlumata görə, hücuma məruz qalan fəxri konsul, iş adamı, azərbaycanlı Vaqif Əhməd oğlu Əliyevdir.
Ötən gün axşam saatlarında Çerniqov şəhərinin mərkəzində yerləşən Fəxri Konsulluğa hücum edən maskalı şəxslər qapı-pəncərələri daş-qalaq edib, şüşələri sındırıblar.
Hadisə zamanı V. Əliyev ofisdə olsa da, xəsarət almayıb, mühafizəçilər və yerli hüquq-mühafizə orqanlarının köməyi ilə hücum dəf edilib.
Hadisəni törədənlərin kimliyi ilə bağlı araşdırma aparılır, hadisə nəticəsində xəsarət alan olmayıb.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov isə APA-ya bildirib ki, Ukrayna vətəndaşı, Çerniqov sakini olan iş adamı V. Əliyev 2008-ci ildən Rusiyanın fəxri konsuludur.
banner

Oxşar Xəbərlər