• cümə axşamı, 28 mart, 14:46
  • Baku Bakı 16°C

Rusiyanın Tver vilayətində güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb

04.06.17 14:45 1497
Rusiyanın Tver vilayətində güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
Rusiyanın Tver vilayətinin Konakovsk rayonunda bağçılıq dərnəyində güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Konakovsk rayonunun Redkino qəsəbəsində hadisə yerinə baxış zamanı yaxınlıqdakı evin qarşısındakı avtomobillərin birinin yük yerində üzərində güllə yarası olan qadın aşkarlanıb.
Qeyd edək ki, Konakovsk rayonunun Redkino qəsəbəsində dərnəyə elektrik işləri görmək üçün çağırılmış elektriklə mübahisə olub. Elektrik evə qayıdaraq silah götürüb və dərnəyə qayıdaraq oradakı insanlar atəş açıb. İlkin məlumatda 6 kişi və 2 qadının güllələnərək öldürüldüyü bildirilmişdi. Qatil saxlanılıb.
banner

Oxşar Xəbərlər