• cümə axşamı, 25 aprel, 20:47
  • Baku Bakı 21°C

Rusiyanın tanınmış yazıçısı vəfat edib

28.07.18 10:00 554
Rusiyanın tanınmış yazıçısı vəfat edib
Sovet İttifaqı və Rusiyanın tanınmış yazıçısı Vladimir Voynoviç vəfat edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 86 yaşlı V.Voynoviç ürək tutmasından ölüb.
Vladimir Voynoviç 1932-ci ildə Düşənbədə anadan olub. 1981-ci ildə V.Voynoviç dissident fəaliyyəti ilə əlaqədar SSRİ Ali Sovetinin Rəyasət Heyətinin fərmanı ilə vətəndaşlıqdan məhrum edilib. 1981-1990 illərdə Almaniya Federativ Respublikası və ABŞ-da yaşayıb, "Azadlıq” radiostansiyası ilə əməkdaşlıq edib. 1990-cı ildə vətəndaşlığı bərpa edilən yazıçı vətəninə dönüb.
Onun ən məşhur əsəri 1969-1975-ci illərdə yazdığı "Əsgər İvan Çonkinin həyatı və qeyri-adi macəraları" trilogiyası olub.
banner

Oxşar Xəbərlər