• cümə, 29 Mart, 14:01
  • Baku Bakı 14°C

Rusiyanın qonşuluğumuzdakı klubu pul axtarır

12.12.18 13:20 686
Rusiyanın qonşuluğumuzdakı klubu pul axtarır
"Anji” sabiq baş məşqçinin borcunu ödəyə bilmir
Mahaçqalanın "Anji” klubu ciddi maliyyə böhranı ilə üzləşib.
Kaspi.az xəbər verir ki, klub sabiq baş məşqçisi Vadim Skripçenkoya 3 milyon rubl borcludur. Ancaq klubun vəsaiti olmadığı üçün bu borcu ödəyə bilmirlər. "Anji”nin baş direktoru Oleq Fleqontov məsələ ilə bağlı mətbuata müsahibə verib. Müsahibəni qısa ixtisarla təqdim edirik.
- Bəli, bunu gizlətməyin mənası yoxdur. Klub Skripçenkoya 3 milyon rubl borcludur. O. bununla bağlı şikayət etmişdi. Bizdən tələb olunurdu ki, vəsaiti də, gecikdirdiyimiz üçün bizə tətbiq olunan cəriməni də ödəyək. Ancaq pulumuz olmadığı üçün ödəyə bilmədik. İndi isə cərimənin məbləği 500 min rubla yüksəlib.
- Pul yoxdursa, nə etməyi planlaşdırırsınız?
- Biz bu vəsaiti ödəməyəcəyimizi demirik. Yaxşı başa düşürük ki, bunu mütləq ödəməliyik. Ancaq hazırda pulumuz yoxdursa, nə edəcəyimizi də bilmirik.
- Bəs buna görə siz hansı cəzalar gözləyir?
- Hələ ki, hər hansı bir cəza yoxdur. Transfer etməyimizə də qadağa qoyulmayıb.
- Komandanın təlim-məşq toplanışı ilə bağlı planınız var?
- İdman direktoru ilə baş məşqçi bunu müzakirə ediblər. Qərar gəldik ki, komanda istirahətə yanvarın 15-də çıxacaq. Ancaq təlim-məşq toplanışı ilə bağlı konkret planımız yoxdur. Çünki pulumuz yoxdur. Sadəcə, toplanışın vaxtı məlumdur. Ancaq onu harda və necə keçirəcəyimiz qeyri-müəyyəndir. Müzakirələr zamanı toplanışın Türkiyədə keçirilməsinə qərar verilib, vəssalam.
- Doğrudur ki, Dmitri Belorukov komandanı tərk etmək istəyir?
- Bəli, doğrudur. Artıq bununla bağlı ərizə təqdim edib.
- Başqa kimsə var?
- Yalnız o.
- "Anji”nin gələcəyi ilə bağlı məsələyə nə vaxt aydınlıq gələcək?
- Bunu proqnozlaşdırmaq çox çətindir. Hər kəs bununla məşğuldur. Əlavə maliyyə mənbələri tapmağa çalışırıq. Ümid edirəm ki, bir ay ərzində nələrəsə aydınlıq gələcək.
banner

Oxşar Xəbərlər