• cümə axşamı, 25 aprel, 18:32
  • Baku Bakı 21°C

Rusiyanın Qızıl Fondunda adı olan azərbaycanlı Bakıda konsert verdi

24.12.13 13:52 2141
Rusiyanın Qızıl Fondunda adı olan azərbaycanlı Bakıda konsert verdi
Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində M.Rastrapoviç adına 21 saylı musiqi məktəbinin şagirdlərinin konserti keçirilib. Konsertdən öncə məktəbin direktoru, əməkdar artist Rafiq Əzizov çıxış edib. O, rəhbərlik etdiyi məktəbin beynəlxalq müsabiqələrdə son illərdə qazandığı nailiyyətlərdən danışıb.
Kaspi.az-ın məlumatına görə, konsert beynəlxalq müsabiqənin Qran-pri mükafatçısı olan 5-ci sinif şagirdi Ağarəhim Quliyevin çıxışı ilə başlayıb. Daha sonra Məryəm Vəliyeva, 2-ci sinif şagirdi Səid Rəsulov, 4-cü sinif şagirdi Samir Əsədli, Süleyman Eyyubov və başqaları çıxış ediblər.
İfaçılar arasında çoxsaylı beynəlxalq müsabiqələrin laureatı, gənc vokalist, skripkaçı Əli Muradov da olub. Əli Muradov indiyədək Türkiyə, İspaniya, Sankt-Peterburq, Moskvada keçirilmiş beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib və qalib olub. Məsələn, o, Moskvada keçirilən "İstedadlar planeti" müsabiqəsində "Akademik vokal" və "Skripka. Sol ifa" nominasiyaları üzrə Qrin-pri qazanıb və Novosibirskdə keçirilən müsabiqədə 2 nominasiya üzrə qalib gəlib. Onun adı bu nailiyyətlərinə görə Rusiyada “Qızıl Fond”a daxil edilib. Bu fonda adı düşən ilk azərbaycanlı olan Əli Muradovun haqqında fondun kitabında geniş informasiya dərc olunub.
Əli Muradov vokal dərsini əməkdar artist Gülnaz İsmayılova, skripka dərslərini isə Gülnarə Seyidovadan alır. Konsertdə Əli T.Albinoninin "Adajio" və Parlami D’Amore musiqilərini ifa edib.

banner

Oxşar Xəbərlər