• çərşənbə, 24 Aprel, 21:31
  • Baku Bakı 23°C

Rusiyanın müdafiə naziri Azərbaycana səfərə gəlib

29.10.19 22:39 615
Rusiyanın müdafiə naziri Azərbaycana səfərə gəlib
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfərə gəlib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, S.Şoyqunun səfərinin məqsədi oktyabrın 30-u Bakıda onun sədrliyi ilə keçiriləcək MDB-yə üzv olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməkdir.
Nazirin mətbuat katibi Rossiyana Markovskaya bildirib ki, iclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqəli bir sıra məsələlər nəzərdən keçiriləcək: "2019-cu ildə hərbi sahədə əməkdaşlığın yekunlarını, həmçinin MDB-yə üzv olan dövlətlərin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası layihəsini nəzərdən keçirtmək planlaşdırılır".
R.Markovskaya əlavə edib: "Hərbi fəaliyyətlərin topoqrafik, metroloji, informasiya təminatı sahəsində və digər sahələrdə qərarlar veriləcək".
Qeyd edək ki, sabah keçiriləcək MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında həmçinin Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Müdafiə Nazirliklərinin nümayəndə heyətləri də iştirak edəcəklər.
banner

Oxşar Xəbərlər