• çərşənbə, 24 Aprel, 09:21
  • Baku Bakı 13°C

Rusiyanın "İzvestiya" qəzeti Azərbaycana qarşı təxribata yol verib

16.04.18 14:32 740
Rusiyanın "İzvestiya" qəzeti Azərbaycana qarşı təxribata yol verib
Rusiyanın "İzvestiya" qəzeti Azərbaycana qarşı təxribata yol verib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, "İzvestiya" qəzetinin saytında bu gün Ermənistanın eks-prezidenti, hazırda baş nazir postuna namizədliyi irəli sürülənSerj Sarkisyanla müsahibə yer alıb.
Jurnalist Aleksey Zabrodinin müəllifi olduğu müsahibəyə yerləşdirilən fotoların birində qondarmaDağlıq Qarabağseparatçı rejiminin bayrağı və "Azad Artsaxa xoş gəlmisiniz" yazılan lövhə əks olunub.
S. Sarkisyanla müsahibənin bir sualıDağlıq Qarabağmünaqişəsinə həsr olunub.
Qeyd edək ki, 1917-ci ildə əsası qoyulan "İzvestiya" qəzetinin baş redaktoru milliyyətcə erməni Arseni Ohanesyandır.
banner

Oxşar Xəbərlər