• şənbə, 20 Aprel, 09:35
  • Baku Bakı 14°C

Rusiyanın ilk sınaq qatarı ilə bağlı Azərbaycan və İran arasında müqavilə imzalanıb

04.02.18 14:31 656
Rusiyanın ilk sınaq qatarı ilə bağlı Azərbaycan və İran arasında müqavilə imzalanıb
Fevralın 3-də İranın Astara şəhərində İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri və "Azərbaycandan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Zaman Novruzov arasında görüş keçirilib.
APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə "Azərbaycandan Dəmir Yolları" QSC-nin kompleks terminalının rəhbəri Ramin İsmayılov və iki ölkənin sərhədçiləri iştirak ediblər.
Görüşdə Rusiyanın Sankt-Peterburq şəhərindən yola salınan və MDF məhsulu daşıyan ilk sınaq yük qatarınınAstara-Astara dəmir yolundan keçməkləİranın Astara terminalında öz yükünü boşaltması haqqında razılıq əldə olunub. Bununla əlaqədar İran Dövlət Dəmir Yolları İdarəsi və "Azərbaycandan Dəmir Yolları" QSC arasında müqavilə imzalanıb.
banner

Oxşar Xəbərlər