• cümə axşamı, 25 aprel, 21:33
  • Baku Bakı 21°C

Rusiyanın idman naziri: “Azərbaycan İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirdi”

02.06.17 15:10 1097
Rusiyanın idman naziri: “Azərbaycan İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirdi”
"Azərbaycan ilk Avropa Oyunları kimi İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirdi”.
BunuAPA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Federasiyasının idman naziri Pavel Kolobkov bildirib. Nazir deyib ki, Azərbaycan bu miqyasda idman yarışları keçirdiyinə görə ən böyük diqqətə və qiymətə layiqdir: "Həm Avropa Oyunları, həm də islam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçirildi. Oyunların səviyyəsi, təşkilatçılıq ən yüksək qiymətə layiqdir”.
Rusiya və Azərbaycan arasında idman sahəsində əməkdaşlığa toxunan P. Kolobkov Azərbaycanın bu sahədə Rusiyaya verdiyi dəstəyi xatırladıb: "Rusiyalı idmançılara Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sanksiyalar tətbiq edilən zaman Azərbaycan bizim idmançılara dəstək verdi. Bunu təbii ki, biz heç vaxt unutmuruq. Azərbaycanın bu addımını yüksək qiymətləndiririk”.
P. Kolobkov Rusiya və Azərbaycan idman nazirlikləri arasındakı münasibətlərdən də danışıb. O, iki ölkənin müvafiq nazirlikləri arasında işgüzar əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib.
banner

Oxşar Xəbərlər