• cümə axşamı, 25 aprel, 05:53
  • Baku Bakı 19°C

Rusiyanın Gümrüdə raket sistemləri yerləşdirməsi Suriya ilə bağlıdır?

24.06.13 12:09 1445
Rusiyanın Gümrüdə raket sistemləri yerləşdirməsi Suriya ilə bağlıdır?
Bu açıqlamanı APA-ya Türkiyə Böyük Millət Məclisinin üzvü, MHP millət vəkili Sinan Oğan verib.
S. Oğanın sözlərinə görə, Rusiya və Ermənistan müttəfiq olduqları kimi Türkiyə və Azərbaycan da sıx müttəfiqdirlər: “Bu ölkələr bir-birlərinə hər zaman siyasi, iqtisadi dəstəklə yanaşı hərbi dəstək veriblər. Hərbi bazaların yerləşdirilməsi, yeni silah sistemlərinin verilməsi bir güc nümayişidir. Ermənistandakı hərbi bazaya Rusiyanın yeni – uzaq mənzilli raket sistemləri yerləşdirməsi məncə, həm də Suriyada baş verənlərlə əlaqəlidir. Bunun Türkiyəyə qarşı yönəldiyini düşünmək doğru olmaz. Türkiyə ilə Rusiya arasında müharibə ola bilməz. Hər iki dövlət bölgənin nəhəng ölkəsidir. Bu dövlətlər bir-birlərinə qarşı yalnız səslərini ucalda bilərlər».
S. Oğan onu da əlavə edib ki, Türkiyə sərhədləri yaxınlığında baş verən bütün prosesləri daim izləyir və diqqətdə saxlayır.
banner

Oxşar Xəbərlər