AZE | RUS | ENG |

Rusiyanın Birinci televiziya kanalında Müslüm Maqomayev günü

Rusiyanın Birinci televiziya kanalında Müslüm Maqomayev günü
Rusiyanın Birinci televiziya kanalı şənbə efirində SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsinə xüsusi yer ayırıb.

AZƏRTAC xəbər verir ki, martın 4-də Rusiyanın ən baxımlı televiziya kanalı "Müslüm Maqomayev. Sənsiz günəş yoxdur” sənədli filmini və dahi sənətkarın 75 illik yubileyi münasibətilə Moskvada təşkil olunmuş böyük konsert proqramının lent yazısını tamaşaçılara təqdim edib.

Məşhur "Bu gün axşam” verilişinin növbəti buraxılışı da görkəmli həmyerlimizə həsr olunmuşdu. Yuliya Menşovanın aparıcısı olduğu verilişdə Müslüm Maqomayevin xanımı, SSRİ Xalq Artisti Tamara Sinyavskaya, TASS İnforormasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, müğənni Emin Ağalarov, Rusiyanın Xalq Artisti Gennadi Xazanov və başqaları iştirak ediblər.

Verilişdə Müslüm Maqomayevin qızı, hazırda ABŞ-da yaşayan Marina Maqomayeva oğlu və həyat yoldaşı ilə birlikdə videobağlantı vasitəsilə atası barədə xatirələrini bölüşüb. Müslüm Maqomayevin uşaqlıq dostu, rejissor Oqtay Mirqasımov müğənninin Bakıda yaşadığı binanın həyətində olub, birlikdə keçirdikləri uşaqlıq və gənclik illərindən söhbət açıb.

Birinci kanalın studiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Müslüm Maqomayev sənətinə və şəxsiyyətinə diqqət və qayğısı da qeyd edilib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN