• şənbə, 20 Aprel, 15:44
  • Baku Bakı 23°C

Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq

14.06.18 13:40 752
Rusiyanın Birinci kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq
İyunun 16-da Rusiyanın Birinci kanalında bu ölkənin şou-biznesi tarixində ən miqyaslı mükafat olan "JARA MUSIC AWARDS 2018”in təqdimatı yayımlanacaq.
AZƏRTAC"Jara” Beynəlxalq Musiqi Festivalının "facebook” səhifəsinə istinadla xəbər verir ki, tamaşaçıların gözləri qarşısında ulduzlar ulduzların lehinə və əleyhinə səs verəcəklər. Proqramda "Leninqrad”, "Vremya i steklo”, A’STUDIO, Qriqori Leps, LOBODA, Valeri Meladze, EMİN, Ani Lorak, Nyuşa, Polina Qaqarina, Valeriya, Vera Brejneva və digər ifaçılar və musiqi qrupları iştirak edəcəklər.
Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
banner

Oxşar Xəbərlər