• cümə, 29 Mart, 16:06
  • Baku Bakı 14°C

Rusiyanın Birinci kanalında Alla Puqaçovanın “Jara-2017” çərçivəsində keçirilmiş yaradıcılıq gecəsi yayımlanacaq

09.09.17 09:10 1480
Rusiyanın Birinci kanalında Alla Puqaçovanın “Jara-2017” çərçivəsində keçirilmiş yaradıcılıq gecəsi yayımlanacaq
İyulun 27-dən 30-dək Bakıda - Xəzərin sahilində keçirilən "Jara-2017” Beynəlxalq Festivalı musiqi aləmində yayın ən qaynar hadisəsi olub. Azərbaycanla yanaşı, Rusiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Baltikyanı və digər ölkələrdən 800-dən çox musiqiçinin iştirak etdiyi bu festivalı canlı olaraq 40 mindən çox tamaşaçı izləyib. Lakin izləyə bilməyənlər üçün də gözəl fürsət yaranıb. Rusiya Televiziyasının Birinci kanalı festival konsertlərini yayımlamaqda davam edir.
AZƏRTACBirinci kanalın saytına istinadla xəbər verir ki, sentyabrın 10-da Moskva vaxtı ilə saat 16.25-də "Jara-2017” festivalı çərçivəsində Alla Puqaçovanın yaradıcılıq gecəsi yayımlanacaq.
Dünya şöhrətli müğənni, rus estradasının primadonnası, SSRİ Xalq Artisti, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı Alla Puqaçovanın yaradıcılıq gecəsi gözəl və sürpriz ifalarla zəngin olub. Parlaq estrada ulduzları - Maksim Qalkin, Vladimir Vinokur, Oleq Qazmanov, Ani Lorak, Filip Kirkorov, Kristina Orbakayte, Stas Mixaylov, Dima Bilan, Valeri Meladze, Qlyukoza, Layma Vaykule, Aleksandr Panayotov, Emiliya Yaqubova və başqaları Alla Puqaçovanın mahnılarını həmin gecə xüsusi şövqlə səsləndiriblər.
"Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçıları tanınmış müğənni və bəstəkar EMİN, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
banner

Oxşar Xəbərlər