• cümə, 29 Mart, 15:17
  • Baku Bakı 14°C

Rusiyanın beynəlxalq axtarışa verdiyi azərbaycanlı Mosulda öldürülüb

06.02.18 12:50 821
Rusiyanın beynəlxalq axtarışa verdiyi azərbaycanlı Mosulda öldürülüb
Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən azərbaycanlınınİraqda öldürüldüyü məlum olub.
Bu barədə APA-ya İnterpol xətti ilə axtarışa verilən Anar Muradlının yaxınları məlumat verib.
Yaxınlarının sözlərinə görə, A. Muradlı Rusiyada yaşayıb. Bir neçə il əvvəl radikal dini qruplaşmalara qoşularaqSuriyadakı döyüşlərə qatılıb.
İŞİD-in tərkibində vuruşan A. Muradlı bir müddət Raqqada, daha sonra Mosulda gedən döyüşlərdə iştirak edib. O,İraqhökumət qüvvələrinin Mosula endirdiyihavazərbələri nəticəsində öldürülüb.
Yaxınlarının dediyinə görə, A. Muradlı ailəsi ilə birlikdəSuriyaya gedibmiş. Onun ölümü barədə məlumatı da həyat yoldaşı verib.
Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları 1991-ci ildə Zaqatalada anadan olmuş Muradlı Anar İlham oğlunu İnterpol xətti ilə axtarışa verib. O, qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilir.
banner

Oxşar Xəbərlər