• cümə axşamı, 28 mart, 19:08
  • Baku Bakı 13°C

Rusiyanı “satan” adam erməniləri dopinqdən “təmiz” çıxarırmış

30.03.18 13:20 776
Rusiyanı “satan” adam erməniləri dopinqdən “təmiz” çıxarırmış
Moskva antidopinq laboratoriyasının sabiq başçısı, hazırda xaricdə yaşayan Qriqori Radçenkov barədə yeni məlumatlar yayılıb.
Kaspi.az xəbər verir ki, Rusiyanı VADA-ya "satan” Rodçenkov Ermənistan idmançılarına dopinq-testdən "təmiz” çıxmaqda kömək edib. Məlumata görə, Rodçenkov erməni ağır atletlərin dopinq-testlərini ya gizlədir, ya da dəyişdirirmiş.
O, Pekin olimpiadasında bürünc medal qazanan Tiqran Martirosyanın və London olimpiadasında bürünc əldə etmiş Ripsime Xurşudyanın dopinq-tesdən "təmiz” çıxmalarına yardım edib.
Rodçenkov buna görə ermənilərdən rüşvət alırmış. Məsələdən Ermənistan Ağır Atletika Federasiyasının da məlumatı olub. Rodçenkova verilən məbləğ ona nağd çatdırılırmış.
Onu da qeyd edək ki, adı çəkilən erməni idmançılar Rusiya ilə bağlı dopinq qalmaqalı başlayandan və Rodçenkov xaricə qaçandan sonra aparılan araşdırmaların nəticələrinə əsasən, olimpiadada qazandıqları medallardan məhrum olublar.
banner

Oxşar Xəbərlər