• cümə, 29 Mart, 02:05
  • Baku Bakı 7°C

Rusiyalı tarixçi: “İnsanlar düşünürlər ki, Qarabağı Rusiya işğal edib və heç zaman öz səhvini etiraf etməz”

17.05.17 13:20 1086
Rusiyalı tarixçi: “İnsanlar düşünürlər ki, Qarabağı Rusiya işğal edib və heç zaman öz səhvini etiraf etməz”
Rusiyalı tarixçi Oleq Kuznetsovun təşəbbüsü ilə Rusiya Dövlət Duması və Rusiya Federal Məclisinin Federasiya Şurasına ünvanlananXocalısoyqırımı petisiyası ilə bağlı tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən rusiyalı tarixçi bildirib ki, Rusiyada erməni icması azərbaycanlılara nisbətən az təşkilatlanıb:
"Onlar bir iş görəndə,40 nəfəri cəlb edirlər. Lakin bu kadrları daha uğurlu idarə edirlər və dəqiq fəaliyyət planına malikdirlər. Petisiyada 19 min imza toplanıb. 12 mini Azərbaycandan gəlib. 10 milyonluq ölkə üçün bu aşağı rəqəmdir".
O. Kuznetsov bildirib ki, petisiyalar daha çox xarici ölkələrdən gəlir. O, imzaların az toplanmasının səbəblərinə də toxunub: "İnsanlar arasında inamsızlıq var. Onlar Dövlət Dumasının bu məsələyə münasibət bildirəcəyini güman etmirlər. İnsanlar hesab edirlər ki, Qarabağı Rusiya işğal edib və heç zaman öz səhvini etiraf etməz. O zaman biz bu petisiyanı niyə yaradırıq? Bəzən insanlar petisiyaya imza atmaqla bəyənməyi dəyişik salırlar. Bu petisiyaya imza atmaq üçün poçt ünvanından qeydiyyata almaq lazımdır. Eyni zamanda insanların elektron media resurslarına çıxışı məhduddur".
Tarixçi bildirib ki, imzaların böyük hissəsi Lənkərandan gəlib. O, universitetlərdə tələbələrlə görüş keçirmək üçün Gəncə və Mingəçevirə gedəcəyini də bildirib.
Qeyd edək ki, O. Kuznetsov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün 2017-ci il mart ayının əvvəlindən petisiyaya başlayıb. Petisiya RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb. Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırım aktı kimi qiymətləndirilməsi çağırış olunur. Bu petisiya həm də Rusiyanın Dövlət Dumasında faciənin soyqırım kimi qəbul edilməsində, onu törədən erməni cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətə malikdir.
banner

Oxşar Xəbərlər