• çərşənbə, 17 Aprel, 03:06
  • Baku Bakı 14°C

Rusiyalı politoloq Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

16.03.17 19:15 613
Rusiyalı politoloq Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
Rusiyalı politoloq,beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Rusiya təhlili" nəşrinin baş redaktoru Yevgeni Mixaylov Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğu barədə bəyanat verib.
APA-nın məlumatına görə, bəyanatda deyilir:
"İnsanlar müharibədən yorulub. Artıq 25 il davam Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə son qoymaq lazımdır. Eyni zamanda Ermənistan və Azərbaycan respublikalarının suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini nəzərə almaq çox vacibdir. Həmçinin mövcud münaqişəni beynəlxalq hüquq,BMT-nin Nizamnaməsi,BMTTəhlükəsizlik Şurasının qətnamələri vəATƏT-in Minsk Qrupunun fəaliyyəti çərçivəsində həll olunmasının vacibliyini qeyd etmək istəyirəm.
30 il əvvəl biz iki xalqın əsrlərlə formalaşan dostluq və sülh şəraitində yaşamasının şahidi idik. Müasir dövrümüzdə iki xalqın bir-birinə münasibətinin yalnız müharibə kontekstində olmasını dərin təəssüf hissi ilə qeyd etmək istəyirəm. Mən iki xalqın sülh və qardaşlıq şəraitində birgə yaşamasına və 25 il ərzində davam edən münaqişənin sülh yolu ilə həllinə dəstəyimi ifadə etmək istəyirəm. Bu səbəbdən məqsədi Cənubi Qafqazda sülh yaradıb və onu qorumaq olan "Ermənistan Azərbaycan Sülh Platforması”na dəstəyimi ifadə etmək istəyirəm. Yuxarıda göstərilən səbəblərə görə, Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.
banner

Oxşar Xəbərlər