Rusiyalı orqan ifaçısı Yevgeni Avramenko Bakıda çıxış edəcək

Rusiyalı orqan ifaçısı Yevgeni Avramenko Bakıda çıxış edəcək

Mədəniyyət
20 Avqust 2019, 14:15 8926
Bakı Musiqi Akademiyasında (BMA) "Orqanın Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasındakı 55 illik tarixi” mövzusunda tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sentyabrın 21-nə nəzərdə tutulan tədbir Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.
BMA-nın orqan kafedrasının müəllim və tələbələrinin qatılacağı tədbirdə Rusiyanın tanınmış orqan ifaçısı beynəlxalq müsabiqələr laureatı Yevgeni Avramenko çıxış edəcək.