• cümə axşamı, 25 aprel, 01:36
  • Baku Bakı 19°C

Rusiyalı məşqçi “Qarabağ”ın rəqibini çalışdırmaq istəmir

05.11.18 12:00 595
Rusiyalı məşqçi “Qarabağ”ın rəqibini çalışdırmaq istəmir
"Qarabağ”ın Avrop Liqasındakı rəqibi "Sportinq”in "Vitess”in rusiyalı baş məşqçisi Leonid Slutski ilə maraqlandığı barədə məlumat yayılıb.
Kaspi.az xəbər verir ki, Slutski bu məsələyə münasibət bildirib. O, "Vitess”i tərk etmək niyyətində olmadığını deyib:
"Bu məlumat mənim üçün maraqlı deyil. Çünki iki illik müqaviləm var və sona qədər "Vitess”də qalmaq istəyirəm. Təbii ki, klub rəhbərliyi məni qovmasa.
"Sportinq” mənə görə 500 min avro verməyə hazırdır? Ciddi deyirəm ki, məlumatsızam. Bu, mənim üçün böyük sürprizdir. Bu gün hər kəs məndən bu haqda soruşur. Sizi yüz faiz əmin edirəm ki, "Vitess”də qalacam”.
47 yaşlı Slutski "Vitess”i bu ilin yayından çalışdırır. Komanda 10 turdan sonra 15 xal toplayaraq, turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
banner

Oxşar Xəbərlər