• şənbə, 20 Aprel, 00:46
  • Baku Bakı 15°C

Rusiyalı gimnast Bakıda təşkil olunmuş Avropa çempionatına heyran qaldığını deyir

14.04.18 12:15 812
Rusiyalı gimnast Bakıda təşkil olunmuş Avropa çempionatına heyran qaldığını deyir
Bakıda keçirilən batut, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatında idmançılar üçün yaradılmış şərait ən yüksək tələblər cavab verir.
Bunu Trend-ə rusiyalı gimnast Dmitri Zenkin deyib.
O vurğulayıb ki çempionatın təşkili digər ölkələrdən heç nə ilə geri qalmır:"Burada hər şey mənim xoşuma gəlir, deyə bilərəm ki, mən heyran qalmışam”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.
Gimnastlar üçün doğma məkana çevrilmiş arenada aprelin 15-dək davam edəcək turnir özündə 4 növ yarışları - fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batutu birləşdirir.
banner

Oxşar Xəbərlər