• cümə, 29 Mart, 17:16
  • Baku Bakı 14°C

Rusiyalı futbolçular yüksək vəzifəli məmurları döydülər

09.10.18 10:25 516
Rusiyalı futbolçular yüksək vəzifəli məmurları döydülər
Bazar günü Rusiya çempionatında "Zenit” "Krasnodar”ı qəbul edərək 2:1 hesabı ilə qalib gəldi.
Aleksandr Kokorinlə Pavel Mamamyev həmin oyunda rəqib kimi üz-üzə gəlmişdilər. Kaspi.az xəbər verir ki, qarşılaşmadan sonra Kokorinlə Mamayev Moskvaya gedərək, Rusiya prezidenti Vladimir Putinin ad gününü qeyd etmək istəyiblər. Bunu, onların "instaqram”da yerləşdirdikləri şəkil də sübut edir.
Səhəri gün isə futbolçular Arbatdakı kafelərdən birinə gediblər. Orda isə özlərini olduqca aqressiv aparıblar, səs-küy salıblar. Kafenin əməkdaşları futbolçulara bir neçə dəfə xəbərdarlıq edərək, digər müştəriləri narahat etməməyi xahiş ediblər. Ancaq aqressiv olan futbolçular sakitləşmək bilməyiblər.
Bundan sonra onlara kafedə olan daimi qonaqlardan biri irad tutaraq, özlərini sakit aparmağı tələb edib. Bu iraddan daha da qəzəblənən futbolçular həmin şəxsə hücum ediblər, stulları ona tərəf atıblar. Nəticədə kafedə dava-dalaş başlayıb və iki nəfər ciddi xəsarət alıb.
Məlum olub ki, futbolçuların xəsarət yetirdikləri şəxslər məmurdur. Denis Pak avtomobil sənayesi və dəmir yolu maşınqayırma departamentinin rəhbəridir. Futbolçular onu çinli hesab ediblər və döyəndən sonra "get Çində qayda-qanun yarat” deyiblər.
Digər zərərçəkən – Serghey Qaysin də məmurdur və yüksək vəzifə tutur. Hər iki şəxs təcili yardımla xəstəxanaya çatdırılıb. Rusiya Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanıb.
Bu, Kokorinlə Mamayevin törətdiyi ilk belə hadisə deyil. Onlar 2016-cı ildə də insidentin iştirakçısı olmuşdular. Rusiya yığması Avro-2016-da mübarizəni dayandırandan sonra bu futbolçular Monte-Karloya gedərək əylənmiş və 250 min avro hesab ödəmişdilər.
İctimaiyyətin tənqidlərindən sonra futbolçular üzr istəməli olmuşdular. Ancaq deyəsən, bu dəfə üzrxahlıqla yaxa qurtarmaq mümkün olmayacaq. Rusiya qanunlarına görə, onlar 2 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
banner

Oxşar Xəbərlər