• cümə, 29 Mart, 15:12
  • Baku Bakı 14°C

Rusiyalı elm adamları AzTU-da olublar - Fotolar

29.11.16 18:06 1001
Rusiyalı elm adamları AzTU-da olublar - Fotolar
Rusiya Federasiyası Kalaşnikov adına İjevsk Dövlət Texniki Universitetinin rektoru, professor Boris Yakimoviç və Dağıstan Dövlət Texniki Universitetinin nümayəndələri Elena Pavlyuçenko, Aida Fatullayeva, İzmet Meylanov və Nadir Sanaev Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

AzTU-nun rektor əvəzi Xalıq Yahudov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağı haqqında geniş məlumat verərək bildirib ki, Azərbaycanda texniki sahənin inkişafı bu gün prioritet sahədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sənayenin inkişafı və xüsusilə texniki sahədə elmi potensialın genişləndirilməsi üçün vacib addımlar atıldığını qeyd edən, rektor əvəzi rusiyalı elm adamlarına Universitetdə yaradılan yeni laboratoriyalar, tədris mərkəzləri, kitabxana və digər yeniliklərdən danışıb. Xalıq Yahudov bildirib ki, AzTU-nun yüksəkixtisaslı mühəndis kadrların hazırlığı sahəsindəki fəaliyyəti və uğurlu beynəlxalq əlaqələr təcrübəsi Rusiya ali məktəbləri ilə təhsil, elmi-tədqiqat və akademik mübadilələr sahəsində geniş əməkdaşlıq imkanı yaradır.

Görüş zamanı hər iki universitet nümayəndələri AzTU-ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildiriblər və gələcəkdə görüləcək işlərin müzakirəsi aparılıb.

Toplantıda birgə tədqiqatlar aparılması, qarşılıqlı maraq doğuran layihələrin təklifi, müdafiə sənayesi üçün yüksəkixtisaslı mühəndis kadrların hazırlığının intensivləşdirilməsi, birgə elmi və texniki konfranslar, simpozium, sərgi və seminarların təşkili, müştərək tədris proqramları hazırlamaq və magistr-doktorantların mübadiləsi məsələləri müzakirə edilib.

Kalaşnikov adına İjevsk Dövlət Texniki Universitetinin rektoru, professor Boris Yakimoviç Azərbaycanda müdafiə sənayesinin sürətlə inkişaf etdiyini deyib və bu sahənin inkişafına Azərbaycan Texniki Universitetinin verdiyi töhfəyə diqqət çəkib.

Toplantıdan sonra qonaqlar Azərbaycan Texniki Universitetindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərərin həyat və fəaliyyəti ilə tanış olublar və xatirə kitabına ürək sözlərini yazıblar.

banner

Oxşar Xəbərlər