Rusiyalı ekspertlərdən separatçılara sərt təpgi
İşğal altında olan Azərbaycan torpaqlarında növbəti qondarma seçki
şousu düzənlənib. Tanınmamış qurumda keçirilən "bələdiyyə seçkiləri” hər dəfə
olduğu kimi, bu dəfə də əksər beynəlxalq qurum və təşkilatlar tərəfindən
pislənildi. Qondarma "mer” seçkilərini əksəriyyət gələn il keçiriləcək
"prezident” və "parlament” seçkilərinə hazırlıq kimi qələmə verir. İddia olunur
ki, bu saxta seçkilər "DQR”ın hansı qüvvələr tərəfindən idarə olunacağını
göstərmiş olacaq. Sirr deyil ki, Ermənistanın yeni hakimiyyəti baş nazir Nikol
Paşinyanın timsalında separatçılarla münasibətləri alınmadı. Ekspertlər
bildirirlər ki, bu, təəccüblü deyil, uzun müddət Ermənistanı məhz Qarabağ klanı
idarə edib. Onların ölkə siyasətinə güclü təsir imkanları olub. Nikol onlarla
əvvəlcə razılığa gəlməyə çalışsa da, cavab gəlmədi. Elə o vaxtdan bəri mediada
Yerevan və Qarabağ separatçılarının qarşılıqlı ittihamlarına rast gəlirik. Bu
fonda Ermənistanda analitiklər Paşinyanın "Qarabağ klanını” tamamilə məhv etmək
və Qarabağda öz adamlarını yerləşdirmək planını reallaşdırmağa çalışdığını
bildirirlər. Xüsusilə də baş nazirin "seçkiləri” müşahidə etmək üçün
"sorosçuları” cəlb etməsi diqqət çəkir. Hətta bu məqsədlə 70 min dollar
ayırdığı da bildirilir.
Öz növbəsində Rusiya beynəlxalq məsələlər üzrə Şuranın eksperti
Aleksey Fenenko də hesab edir ki, Qarabağda beynəlxalq qurum tərəfindən tanınma
istiqamətində nə qədər istəsələr danışa bilərlər, lakin hansısa bir real
addımdan danışmağına dəyməz: "Bu, təmiz ritorikadır. Əvvəllər də Dağlıq
Qarabağda seçkilər olub. Heç biri də separatçı rejimin hansı bir ölkə
tərəfindən, hətta Ermənistan tərəfindən tanınmasına gətirib çıxarmayıb. Tanınma
məsələsi sırf beynəlxalq güclərin mövqeyindən və onların strateji
hesablamalarından asılıdır. Minsk qrupuna daxil olan həmsədr dövlətlərdən heç
biri Qarabağı tanımır və Azərbaycanın
ərazi bütövlüyünü tanıyır. QHT-lərə ayrılan pullar həqiqətən də "Qarabağ
klanın”ın təmizlənməsinə gətirib çıxara bilər. Paşinyanın onlarla fikir
ayrılığı var. Paşinyan ona sərf etməyən potensial siyasi qrupdan yaxa
qurtarmaqda maraqlıdır. Baş nazir bildirir ki, Qarabağda islahatlar
Ermənistanda gedən templə getməlidir. Lakin bağışlayın məni, hansı islahatdan,
tempdən söhbət gedir? Paşinyanın dövründə nə edilib - heç nə”.
Azər NURİYEV
"Seçkilər”dən
söz düşmüşkən, qondarma qurumda keçirilən tamaşanı Azərbaycan XİN növbəti şou
adlandırıb və əlavə edib ki, beynəlxalq ictimaiyyət bunu heç zaman tanımayacaq.
Dünən ATƏT-in Minskqrupununhəmsədrləri də sentyabrın
8-dəAzərbaycanın işğal olunmuşDağlıq
Qarabağbölgəsində"yerli seçkilər”inkeçirilməsinə
münasibətbildiriblər. ATƏT-in Kommunikasiya və Media Əlaqələri Departamentindən"APA”yadaxil
olanməlumatda bildirilir ki,həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin
hərtərəfli həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyi barədə
qərar qəbul etmək rolunu tanıyır: "Lakin Dağlıq QarabağnəATƏT-in
Minskqrupu ölkələri, nə də digər ölkələr tərəfindən müstəqil və suveren
ölkə kimi tanınır. Bu "seçkilərin” nəticələrinədəDağlıq Qarabağın
hüquqi statusuna təsiredən amilkimi baxılmamalı,heç bir
haldabu nəticələrDağlıq Qarabağın yekun statusunavə
münaqişənin davamlı və sülh yolu ilə həlli istiqamətinə yönəlmiş
hazırkıdanışıqların nəticələrinə xələl gətirməməlidir.ATƏT-in
Minskqrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu
ilədavamlıhəllində tərəflərəkömək etməyə qətiyyətli şəkildə
sadiq olaraq qalır". Rusiya ekspertləri də bu fikirlərlə razıdırlar.
"Moskva-Baku” portalına müsahibəsində Rusiya Siyasi tədqiqatlar İnstitutunun
direktoru Sergey Markov bildirib ki, işğal altında olan ərazilərə Ermənistan
tərəfindən tam nəzarət olunur və hamı da bunu gözəl anlayır. "Bu səbəbdən də
Qarabağın beynəlxalq aləm tərəfindən tanınması, seçkilərdən söhbət belə getmir.
Bununla belə, hətta Ermənistan heç zaman bəyan etməyib ki, Qarabağı bir dövlət
kimi tanıyır. O zaman bu haqda danışmağına dəyməz. Əlbəttə, separatçılar istəyərdilər
ki, hər şey başqa cür olsun – optimist olmaq istəyirlər və bu səbəbdən də
deyirlər ki, seçkilər beynəlxalq tanıtıma gedən yoldur. Lakin "seçkiləri”
müşahidə etmək üçün heç kim təşrif buyurmadı. Yalnız yerli təşkilatlar iştirak
etdilər. Heç bir beynəlxalq təşkilat müşahidəçi kimi iştirak etmək istəmədi,
çünki gözəl bilirlər ki, Qarabağın heç bir müstəqilliyi yoxdur, o zaman niyə
biabır olsunlar ki? Çoxları da bilir ki, azərbaycanlılar Qarabağdan qovulub və
bu ərazilər işğal olunub. Baxın, əgər Azərbaycan-Ermənistan münaqişəsini
götürsək - burada da beynəlxalq ictimaiyyət Qarabağ separatçılarını qəbul etmir
və onları danışıqlar stolu arxasına buraxmaq istəmir. Buna əsas da var - axı
Qarabağ münaqişə tərəfi, danışıqlarda subyekt deyil və bütün bunlar da
sənədlərdə əks olunub. Erməni və Azərbaycan icmaları var və sənədlərə görə
maraqlı tərəf kimi çıxış edirlər”, - deyə Markov bildirib.
Ekspertin qənaətincə, Paşinyan sözsüz ki, Qarabağda öz adamlarını
yerləşdirmək istəyir və bu ona Azərbaycanla razılaşmaya imkan verəcək. Onun sözlərinə
görə, Paşinyan çətin durumdadır. "Torpaqları birdən-birə götürüb Azərbaycana
qaytara bilməz. Biz 1999-cu il parlamentinin gülləbaran edilməsini yaddan
çıxarmamışıq. Nikol Paşinyan münaqişənin nizamlanmasına çalışır, lakin bu
addımın siyasi məsuliyyətini Qarabağla bölüşmək istəyir. Bu səbəbdən də
Paşinyan istəyir ki, separatçı qurumda gələn il keçiriləcək seçkilərdə qondarma
quruma məhz onun adamları rəhbərlik etsin. Əgər paşinyanyönümlü namizədlər
Qarabağda qələbə qazansaydılar, onda bu Kazan formuluna gedən yol və ərazilərin
azad olunması müqabilində Ermənistanın mühasirədən azad olunması mübadiləsi ola
bilərdi. Əgər Qarabağın siyasi nümayəndələri belə bir qərarı müdafiə
etsəydilər, onda Paşinyanı satqınlıqda ittiham etmək çətin olardı”, - deyə Markov
bildirib. "Baxın, seçkilər ərəfəsində Paşinyan Yerevan və Qarabağ arasında
dialoqda dissonansdan danışırdı. Baş nazir hesab edir ki, dissonansın aradan
qaldırılmasında ən yaxşı metod - qarşıdan gələn "parlament” və "prezident”
seçkilərini gözləməkdir. Paşinyan hesab edir ki, ictimaiyyət arasında razılıq
var, siyasətdə isə yox. Belə bəyanatların məqsədi - birləşmə, islahatlar
şüarları altında Qarabağ əhalisini birləşdirmək və bununla da onlar arasında
Paşinyana simpatiya qazandırmaqdır. O zaman da Qarabağın adından Azərbaycana
razılaşmanın imzalanmasına getmək olardı”, - deyə S.Markov fikrini tamamlayıb.
Azər NURİYEV