• çərşənbə axşamı, 19 mart, 15:27
  • Baku Bakı 8°C

Rusiyalı diplomatları ABŞ-dan da çıxaracaqlar?

24.03.18 21:10 532
Rusiyalı diplomatları ABŞ-dan da çıxaracaqlar?
ABŞ prezidenti Donald Tramp Britaniyada Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripala qarşı törədilən sui-qəsdə cavab olaraq rusiyalı diplomatları ABŞ-dan çıxarmağa hazırdır.
APA-nın xəbərinə görə, bu barədə "Bloomberg” mənbəyə istinadən məlumat yayıb.
"Prezident Tramp onlarla rusiyalı diplomatı ABŞ-dan çıxarmağa hazırdır”, - deyə mənbə bildirib.
Məlumata görə, D.Tramp müvafiq bəyanatla martın 26-da çıxış etmək niyyətindədir.
Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqının bir sıra üzv dövlətləri də öz diplomatlarını Rusiyadan geri çağırmağı və ya bu ölkənin diplomatlarını öz ölkələrindən çıxarmağı nəzərdən keçirirlər.
Xatırladaq ki, martın 4-də Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki, vaxtilə Rusiyada Britaniyaya casusluq üstündə məhkum olunmuş və daha sonra ABŞ və Rusiya arasındakı casus mübadiləsi çərçivəsində Britaniyaya göndərilmiş 66 yaşlı Sergey Skripal və onun 33 yaşlı qızı Yuliya Solsberi şəhərində zəhərlənib. Britaniya hökuməti onlara qarşı "Noviçok” tipli əsəb-iflic qazının tətbiq olunduğunu açıqlayıb. London bu məsələdə Moskvanı ittiham edərək 23 Rusiya diplomatını ölkədən çıxarıb və bu ölkə ilə siyasi təmasları dayandırıb. Rusiya da analoji addım ataraq 23 Britaniya diplomatını "arzuolunmaz şəxs” elan edib.
banner

Oxşar Xəbərlər