• cümə axşamı, 28 mart, 18:19
  • Baku Bakı 13°C

Rusiyalı deputatın AŞPA-da çıxışını bitirməsinə imkan verilməyib

28.01.21 10:00 394
Rusiyalı deputatın AŞPA-da çıxışını bitirməsinə imkan verilməyib
AŞPA-da rusiyalı deputatın blogger Aleksey Navalnı ilə bağlı çıxışı yarımçıq kəsilib.
APA-nın Avropa bürosunun verdiyi xəbərə görə, AŞPA-nın vitse-prezitenti Nikole Triss Rusiya nümayəndə heyətinin üzvü deputat Leonid Slutskinin A.Navalnı ilə bağlı debat zamanı çıxışını yarımçıq kəsib. Buna səbəb onun çıxışı zamanı maskadan istifadə etməməsi olub.
Nikole Triss rusiyalı deputatın sözünü kəsərək onun maska taxmasını istəyib. Daha sonra isə deputatın mikrofonunu söndürüb. O qeyd edib ki, bu, bir protokol qaydasıdır və sessiyanın hibrid rejimdə davam etdirilməsi üçün məcburidir.

L.Slutski çıxışının əvvəlində "Navalnının "Noviçok" maddəsindən zəhərlənmədiyini, Avropa Şurası standartlarının bəzi nümayəndə heyəti üzvlərinin çıxışlarındakı yalanlarla uyğun gəlmədiyini" bildirib.
banner

Oxşar Xəbərlər