• cümə, 19 Aprel, 04:28
  • Baku Bakı 18°C

Rusiyalı boksçu Azərbaycan millisində

22.11.13 15:38 1157
Rusiyalı boksçu Azərbaycan millisində
Tanınmış rusiyalı boksçu Albert Səlimov Azərbaycan milli komandasında çıxış edə bilər. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə 27 yaşlı idmançının özü açıqlama verib.
Səlimov deyib ki, bu məsələnin həlli üçün Azərbaycan və Rusiyanın boks federasiyaları razılığa gəlməlidirlər. O, 2012-ci ilin əvvəllərində WSB Liqasında çıxış etmək üçün ölkəmizin “Baku Fires” klubunun heyətinə cəlb olunub. Beynəlxalq Həvəskar Boks Federasiyasının qaydalarına əsasən, bir ölkədən digərinin yığmasına keçmək üçün 3 ilədək heç bir milli komandada çıxış etməmək lazımdır. Təcrübəli boksçunun sözlərinə görə, federasiyalar arasında razılıq əldə olunsa, o, 2015-ci ilin yanvarından yığmamızın heyətində döyüşə bilər.
Qeyd edək ki, Albert Səlimov Rusiya millisinin heyətində 57 kq çəki dərəcəsində 2006-cı ildə Avropa, 2007-ci ildə dünya çempionu olub. O, daha bir qitə çempionluğuna 2010-cu ildə 60 kq çəkidə yiyələnib.
banner

Oxşar Xəbərlər