• cümə, 29 Mart, 09:26
  • Baku Bakı 5°C

Rusiyalı analitik: "İrəvan Qarabağ danışıqlarının formal iştirakçısına çevriləcək"

15.11.16 18:55 983
Rusiyalı analitik: "İrəvan Qarabağ danışıqlarının formal iştirakçısına çevriləcək"
"Rusiya-Ermənistan birləşmiş ordu qruplaşması Ermənistanın müdafiə qabiliyyətini yüksəldəcək, bu ölkənin silahlı qüvvələri Rusiyanın resurslarına çıxış əldə edəcək”.

APA-nın məlumatına görə, bu barədə rusiyalı siyasi analitik Oleq Kuznetsovun "vesti.az” saytında yer alan məqaləsində deyilir.

O bildirib ki, bu, nəinki mövcud texniki reqlamentlərlə, həmçinin qruplaşmanın Rusiya tərəfindən olan komandanlığının əmr və göstərişləri əsasında mümkün ola bilər: "Düşünmürəm ki, bu əmr və göstərişlər Rusiyanın maraqlarına əks olduğu halda Ermənistanın birtərəfli maraqlarına xidmət etsin. Yaxın gələcəkdə Ermənistan ordusu Kremlin istədiyi şəkildə idarə olunacaq və döyüşəcək. YəniSerj Sarkisyansiyasi rejimi hakimiyyəti qorumaq və öz fiziki mövcudluğunu saxlamaq üçün ölkəni tam olaraq Rusiyanın satellitinə çevirəcək”.

Ekspert bu qruplaşmanın Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə biləcəyini də izah edib: "Rusiya-Ermənistan birləşmiş ordu qruplaşmasının yaranmasından sonra rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formal iştirakçısına çevriləcək və onun iradəsindən heç nə asılı olmayacaq. Bakı üçün danışıqlarla bağlı yeni ünvan Moskva olacaq.ATƏT-in Minsk qrupu qeyri-effektivlik və tam perspektivsizlik səbəbindən öz mahiyyətini itirəcək. Bununla da Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında daxili münaqişəyə çevriləcək. Onun moderatoru qismində isə Kreml çıxış edəcək. Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistan deyil, məhz Rusiyadan asılı olacaq. Rusiyanın mövqeyi isə bəllidir- Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, mərhələli həll variantı”.
banner

Oxşar Xəbərlər