AZE | RUS | ENG |

Rusiyalı alimin Xocalı soyqırımı ilə bağlı hazırladığı petisiyaya səs verək

Rusiyalı alimin Xocalı soyqırımı ilə bağlı hazırladığı petisiyaya səs verək
Rusiyalı tarixçi alim Oleq Kuznetsovun Xocalı soyqırımının tanıdılması üçün hazırladığı petisiyaya qısa vaxtda 15 mindən çox imza toplanıb. Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiyaya reaksiyanın verilməsi üçün ümumilikdə 25 min imzanın toplanması zəruridir.

Bununla bağlı  mayın 3-də Bakıda tədbir təşkil edilib. Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, Rusiyanın tanınmış tarixçisi və siyasi təhlilçisi Oleq Kuznetsovun Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı tərtib etdiyi petisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərə qarşı amansız cinayətin törədildiyi, bunun hazırda Ermənistan hakimiyyətində təmsil olunan şəxslər tərəfindən gerçəkləşdirildiyi vurğulanır. İnsanlığa qarşı törədilən Xocalı faciəsini bir sıra dünya dövlətləri soyqırımı aktı kimi tanıyıb. Petisiyada eyni addımın Rusiyanın Dövlət Duması tərəfindən atılmasının vacibliyi əsaslandırılır.

Azərbaycan gənclərini Xocalı faciəsinə hüquqi qiymətin verilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərməyə, bununla əlaqədar müvafiq təbliğat işləri aparmağa və petisiyaya imza atmağa çağıran Oleq Kuznetsov az vaxtda petisiyaya minlərlə internet istifadəçisinin qoşulduğunu qeyd edib. O deyib ki, Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiyaya reaksiya vermək üçün change.org saytına daxil olmaqla imza sayını daha da artırmaq mümkündür: "Bu sənəd qətliamın soyqırımı kimi qəbul edilməsində, onu törədən cinayətkarların hüquqi məsuliyyətə cəlb edilməsində mühüm əhəmiyyətə malikdir”.

Hər kəsi xalqımız və dövlətimiz üçün çox önəmli olan change.org saytına daxil olmaqla, aşağıda təqdim olunan şəkildə göstərilən qaydada bu petisiyaya səs verməyə çağırırıq.
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2236
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6152
SEK 1 İsveç kronu 0.1934
EUR 1 Avro 1.9967
CHF 1 İsveçrə frankı 1.7715
USD 1 ABŞ dolları 1.7000