Rusiyadan Xəzəryanı ölkələrə yeni təklif var

Rusiyadan Xəzəryanı ölkələrə yeni təklif var

Siyasət
31 Oktyabr 2012, 13:24 1696
“Rusiya təklif edir ki, gələn ildən etibarən Xəzər dənizinin vahid monitorinq sistemi yaradılsın”. “Azadinform” xəbər verir ki, bu barədə rusiyalı ekspert Aleksey Kuçeyko Bakı-Moskva-Astana videokörpüsü zamanı bildirib.

O qeyd edib ki, Xəzər dənizində hər bir sahilyanı dövlət öz sektorunun qismən kosmik analizini aparır: “Məsələn, Rusiyada kosmik analiz “LUKOYL” şirkətinin sifarişi ilə aparılır. Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Tehran Konvensiyası çərçivəsində həmin sistemləri vahid şəkildə birləşdirmək mümkündür”. Onun sözlərinə görə, bu təşəbbüs kapital tutumlu ola bilər, lakin o, Xəzərdə baş verən proseslərin araşdırılması üçün yeni imkanlar açır: “Birgə monitorinqlər proqramı Xəzər akvatoriyasına açıq gözlə baxmağa imkan verəcək”.