• şənbə, 20 Aprel, 13:08
  • Baku Bakı 23°C

Rusiyadan Ukraynaya böyük Güzəşt

18.12.13 07:46 1411
Rusiyadan Ukraynaya böyük Güzəşt
Rusiyanın “Qazprom” konserni və Ukraynanın “Naftoqaz” şirkəti bu gün iki ölkənin prezidentlərinin iştirakı ilə “2009-2019-cu illərdə təbii qazın alış-satışı, tədarükü, tranzitinin həcmi və şərtləri haqqında müqavilə”yə əlavəni imzalayıblar.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, imzalanmış sənəd “Qazprom”a qazın min kubmetrini Ukraynaya 268,5 dollara satmağa imkan verir. Qeyd edək ki, Ukrayna hazırda qazın min kubmetri “Qazprom”dan 400 dollardan baha qiymətə alır.
“Biz bunun müvəqqəti qərar olduğunu hesab edirik. Çünki uzunmüddətli razılaşmalara nail olmaq lazımdır və biz buna nail olacağıq. Bu həm qazın Ukraynaya tədarükü həm də Rusiya qazının Avropa istehlakçılarına fasiləsiz tranzitinin təmin olunması məsələlərinə aiddir”, deyə Rusiya prezidenti Vladimir Putin imzalanma mərasimindən sonra keçirilmiş mətbuat konfransında bildirib.
“Rusiya öz tərəfdaşlarına dəstək məsələsində daha da irəli getməyə hazırdır, lakin bizim qarşımızda həqiqətən daha effektiv və uzunmüddətli əməkdaşlıq sxemi qurmaq vəzifəsi durub”, deyə Putin əlavə edib.
banner

Oxşar Xəbərlər