• çərşənbə, 24 Aprel, 12:47
  • Baku Bakı 27°C

Rusiyadan Ukraynada vurulmuş təyyarə ilə bağlı ŞOK İDDİA

21.07.14 17:15 1086
Rusiyadan Ukraynada vurulmuş təyyarə ilə bağlı ŞOK İDDİA
Ukraynada raketlə vurulmuş sərnişin təyyarəsi ilə bağlı daha bir maraqlı məlumat üzə çıxıb. Lent.az-ınvesti.ru-a istinadən verdiyi məlumata görə, Rusiya radarları Donbas üzərində Malayziyanın Hava yollarına mənsub “Boeing” sərnişin təyyarəsinin altında uçan Ukraynanın Su-25 hərbi təyyarəsini qeydə alıb. Bildirilir ki, hər iki təyyarə arasında məsafə 3-5 km olub.
Rusiya ordusunun baş qərargahın baş əməliyyat bölməsinin rəisi general Andrey Kartopolov deyib ki, Su-25 hərbi təyyarəsi 10 kilometr yüksəkliyə qədər qalxa və hədəfi 12 kilometr məsafədən vura bilir. “Biz istəyirik ki, Ukrayna hökumətindən cavab alaq ki, onlar hansı məqsədlə Malayziyanın “Boeing” sərnişin təyyarəsinin mülki trassında və eyni səviyyədə niyə uçub?”, deyə Katopolov əlavə edib.
Qeyd edək ki, iyulun 17-də Donetsk vilayətində vurulan Malayziyaya məxsus təyyarədə 298 sərnişin olub. 251 sərnişinin meyiti tapılıb. Raketlə vurulmuş hava gəmisindən sağ çıxan olmayıb.
banner

Oxşar Xəbərlər