• cümə axşamı, 25 aprel, 13:29
  • Baku Bakı 23°C

«Rusiyadan qayıdan azərbaycanlılar bölgələrdə işlə təmin olunmalıdır»

25.11.13 15:20 1345
«Rusiyadan qayıdan azərbaycanlılar bölgələrdə işlə təmin olunmalıdır»
Bunu «APA-Economics»ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov Rusiyadan bəzi azərbaycanlı iş adamlarının Azərbaycana qayıtması məsələsini şərh edərkən bildirib: «Rusiyada yaşayan azərbaycanlıların ölkəyə qayıtması bir faktdır. Odur ki, həmin şəxslərlə bağlı Azərbaycanda iş yerləri təşkil etmək üçün xüsusi bir dövlət proqramına ehtiyac var».
Onun sözlərinə görə, məsələ ilə bağlı əsas diqqətin bölgələrə yönəldilməsi tələb olunur.
«Həmvətənlilərimizin işlə təmin olunması, müəyyən sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün xüsusi bir proqram qəbul olunmalı və həyata keçirilməlidir. Bölgələrdə əsas infrastruktur işləri həyata keçirilib. İndi əsas məqsəd rayonlarda iş yerlərinin açılmasıdır. Bununla bağlı təkliflərimiz var və Azərbaycan hökuməti də məsələni nəzərdə keçirir», - deyə V.Əhmədov əlavə edib.
banner

Oxşar Xəbərlər