• cümə axşamı, 02 may, 02:06
  • Baku Bakı 15°C

Rusiyadan MDB ölkələrinə Böyük güzəşt

21.04.14 11:17 945
Rusiyadan MDB ölkələrinə Böyük güzəşt
Müvafiq qanunu Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Yeni qanuna görə, rus dilini bilən xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Rusiya pasportunun verilməsi qaydaları asanlaşdırılıb. Həmin şəxslərin özləri, yaxud da yaxın qohumları əvvəllər Rusiya Federasiyasında, o cümlədən Rusiya imperiyası və SSRİ-nin tərkibində olan ərazilərdə daimi yaşadıqlarını təsdiq edən sənədi olmalıdır.
Rusiya vətəndaşlığına iddia edən şəxslər həmçinin hazırda vətəndaşı olduğunu ölkənin vətəndaşlığından imtina etməlidir.
Xarici ölkə vətəndaşlığından imtina həmçinin hazırda Rusiyada yaşayan əcnəbilərə müvafiq şərtlərdən (5 il daim Rusiyada yaşamaq və lazımi səviyyədə rus dilini bilmək) yan keçməklə, Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada almaq imkanı verir./apa/
banner

Oxşar Xəbərlər