• cümə axşamı, 18 aprel, 10:12
  • Baku Bakı 12°C

Rusiyadan Ermənistana qaz güzəşti

29.04.15 07:46 810
Rusiyadan Ermənistana qaz güzəşti
Rusiya Federasiyası hökuməti Ermənistana verdiyi təbii qazın qiymətini aşağı salıb.
APA-nın xəbərinə görə, bunu “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller “Rossiya 24” telekanalının efirində deyib. Ermənistana satılan təbii qazın qiyməti 190 dollardan 165 dollara endirilib.
“Ermənistan Respublikası üçün qazın qiyməti bu ölkənin Avrasiya İqtisadi İttifaqına qoşulması nəzərə alınaraq, min kubmetr üçün 165 dollar olacaq. Bu qiymət bizə qaz-nəqliyyat sisteminin rekonstruksiyasına və müasirləşdirilməsinə sərmayə yatırmağa imkan verəcək”, - deyə A. Miller söyləyib. O bildirib ki, erməni tərəfi ilə qazlaşdırma və təchizata dair baş sxemin işlənib hazırlanması barədə razılıq əldə edilib və yeni sxem payıza qədər hazır olacaq: “Biz Ermənistanın qazlaşdırılmasını 100 faizə çatdırmağı qarşımıza məqsəd qoymuşuq”.
Qeyd edək ki, “Qazprom Armeniya” Ermənistan bazarında təbii qazın təchizatı və paylanması sahəsində inhisarçıdır.
banner

Oxşar Xəbərlər