• cümə, 26 Aprel, 05:24
  • Baku Bakı 16°C

Rusiyadakı səfirliyimizdən Azərbaycan vətəndaşlarına Xəbərdarlıq

20.12.13 09:52 1238
Rusiyadakı səfirliyimizdən Azərbaycan vətəndaşlarına Xəbərdarlıq
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, son vaxtlar Rusiyada miqrasiya haqqında yeni qanunvericiliyin tətbiqi ilə əlaqədar bəzi Azərbaycan vətəndaşlarının Rusiya ərazisinə daxil olmasına qadağa qoyulur və onlar vətənlərinə deportasiya edilirlər. Səfirlikdən bildirilib ki, bu kimi hallarla bağlı səfirliyə daxil olan şikayətlərin sayı artıb. Şikayətlər Rusiyaya girişinə qadağa qoyulan şəxslərin əvvəlcədən bu barədə məlumata malik olmamaları ilə əlaqədardır.
Hazırda Rusiya Federal Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www.fms.gov.ru) “informasiya xidməti” («информационные сервисы») bölməsində hansı xarici vətəndaşların Rusiyaya girişinə qadağa qoyulduğu haqda məlumat əldə etmək olar. Anlaşılmazlıqdan qaçmaq üçün Azərbaycanın Rusiyadakı səfirliyi Azərbaycan vətəndaşlarına Rusiyaya səfər etməzdən əvvəl bu ölkəyə girişinin qadağan olunub-olunmaması haqqında məlumatı məlum xidmətdən istifadə edərək yoxlamağı məsləhət görür.
banner

Oxşar Xəbərlər