AZE | RUS | ENG |


Rusiyadakı qazax diasporu ÜAK-ın ləğvi ilə bağlı bəyanat yayıb

Rusiyadakı qazax diasporu ÜAK-ın ləğvi ilə bağlı bəyanat yayıb
Moskvada fəaliyyət göstərən qazax diasporunun Moskva Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb.
 
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanat müəllifləri bildirir ki, Rusiyada nüfuzlü ictimai təşkilatlardan biri olan ÜAK-la yarandığı gündən əməkdaşlıq edilib: "Təşkilat fəaliyyət göstərdiyi müddətdə xalqlar arasında dostluq ənənələrinin və Rusiya, eləcə də keçmiş ittifaqın digər respublikalarının xalqları arasında anlaşmanın qorunub saxlanılmasında, dövlətlər arasında konstruktiv əməkdaşlığın inkişafında maraqlı olub”.
 
Rusiya Ali Məhkəməsi tərəfindən təşkilatın qeydiyyatının ləğvinin təəssüf doğurduğunu vurğulayan qazax diasporunun nümayəndələri qeyd ediblər ki, baş verənlərin arxasında postsovet məkanındakı dövlətlər arasında anlayışın qorunmasında maraqlı olmayan və Rusiya ilə Azərbaycan, ruslarla azərbaycanlılar arasında münasibətlərə xələl gətirməyə çalışan qüvvələr dayanır: "Rusiya vətəndaş cəmiyyətinin subyekti olaraq ÜAK-ın ləğvi məsələsi vətəndaş sektorunda əməkdaşlığa və xalqlar arasında anlaşmanın, dostluğun möhkəmlənməsinə kölgə sala bilər”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7026
GBP 1 İngilis funt sterlinqi 2.1922
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.6088
SEK 1 İsveç kronu 0.1957
EUR 1 Avro 1.9062
CHF 1 İsveçrə frankı 1.7478
USD 1 ABŞ dolları 1.7020