• cümə, 29 Mart, 17:28
  • Baku Bakı 14°C

Rusiyadakı erməni diaspor rəhbərinə qarşı sərt ittiham

20.02.18 10:00 478
Rusiyadakı erməni diaspor rəhbərinə qarşı sərt ittiham
Rusiyadakı mövcud erməni təşkilatları arasında zaman-zaman yaşanan qarşıdurma, ziddiyyət və gərginliklər pik həddə çatıb. İcma üzvləri arasında təşkilatın rəhbərliyinə qarşı sərt ittihamlar səslənməkdə davam edir. Bu dəfə icmanın tanınmış üzvlərindən hesab edilən Moskvadakı erməni milli mədəniyyəti muzeyinin əsasını qoymuş Ruben Qriqoryan Rusiya Erməniləri İttifaqı, eləcə də Ümümdünya Erməni Konqresinin rəhbəri kimi fəaliyyət göstərən Ara Abramyan haqqında sərt ittihamlar səsləndirib.
"Armenia.im” saytına müsahibəsində Rusiya Erməniləri İttifaqının vitse-prezidenti Lusik Qukasyan "Facebook”da Ruben Qriqoryanın Ara Abramyan barəsində səsləndirdiyi ittihamları cavablandırıb. Onun sözlərinə görə, Ara Abramyan irimiqyaslı işlər aparır, onun ünvanına səslənən ittihamlar isə təxribat və qondarmadır. Bunun ardınca R.Qriqoryan növbəti videomüraciətini səsləndirib. "Rusiya Erməniləri İttifaqının vitse-prezidenti Lusik Qukasyanın "Facebook”da mənə verdiyi cavabla tanış oldum. Məni pis adam, Abramyanı isə böyük xadim kimi qələmə verməyə çalışıb. Sizə demək istəyirəm ki, nəsə yazmamışdan qabaq mənim kimliyimi araşdırardınız. Axı burada söhbət məndən gedir. Sən məni çoxdan tanıyırsan. Bil ki, mən nə etmişəm, erməni xalqı üçün etmişəm. Səni bilmirəm, amma mənim üçün xalqımdan söhbət gedəndə, ciddi narahat oluram. Sən soruşa bilərsən, nəyə görə? Xalqımızın yaşadığı müsibətləri mən öz üzərimdə hiss edirəm. Bizim xalq çox şeyi itirib. Mənə heç nə lazım deyil. Yaşım çoxdu və heç bir zaman liderlik arzusunda və yaxud irəliyə getmək niyyətində olmamışam. İndi də istəmirəm. Lakin mən erməniyəm və öz xalqım barəsində söhbət gedəndə, vicdanım başqa şeyə yol vermir. Biləsən, həqiqət çox ağırdır. Rusiya Erməniləri İttifaqı ictimai təşkilatdır və əsas məramı xidmət etməkdən ibarətdir. Məqsədi isə birdir - bu ittifaq erməni icmasının birliyidir”, - deyə erməni diasporunun nüfuzlu nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, Ara Abramyan rəhbərlik etdiyi təşkilatı büsbütün özünün piarına yönəldib. "Hara baxırsan, yalnız bir fikir görürsən - o edib, hər yerdə "o” sözünə rast gəlirsən. Lakin bilin ki, Rusiya Erməniləri İttifaqı bir nəfərin piarina xidmət etməməlidir. Elə etmək gərəkdir ki, erməni icması bütün gücü, qüvvəsi ilə işləsin. Uzun illər ərzində biz güclü qüvvəyə çevrilməmişik. Bilin ki, bu şəxsin məqsədi yalnız buna xidmət edir. Ümumiyyətlə, siz bilin ki, mən bu adamı tanıyıram deyə yazıram. Bu yaxınlarda Amerikada olmuşam. Ora dünyanın müxtəlif yerlərindən gələn ermənilər doğma erməni dilində danışırlar. Bu, adamı sevindirir. Amma heç kim erməni dilində yaza bilmir. Ən əsası odur ki, heç kim erməni ədəbiyyatı, tarixi, musiqisi, bütövlükdə mədəniyyətinin təbliği, tədrisi istiqamətində heç bir iş görmür”, - deyə o bildirib.
Moskvadakı erməni milli mədəniyyəti muzeyinin əsasını qoyan R.Qriqoryan daha sonra Ermənistan rəhbərliyini üstüörtülü şəkildə tənqid edib. Onun sözlərinə görə, bütün bunları Ermənistan hakimiyyətinin dəstəyi olmadan etmək mümkün deyil. Onlardan isə reaksiya yoxdur. O bildirib ki, "bütün ermənilərin əsas işi erməniçilik ideyalarının yayılması olmalıdır. Əgər bunu etməsək, qürbətdə erməni kimi yaşamaqdan məhrum olacağıq”. Erməni diaspor üzvü əlavə edir ki, bu işdə onlara erməni kilsəsi də kömək edə bilər. "Axı bu qurum illər boyu diasporu öz ətrafına toplaya bilib və ənənələrin qorunub saxlanılmasında birləşdirici faktor rolunu oynayıb. Məsələn, yəhudilərdəki kimi. Axı belə deyirlər – "bu, millət deyil, yəhudi dinidir və onun təlimləri dünya boyu yəhudilərin rifahına xidmət edir”. Bunun ətrafında da hamı bir millət kimi birləşib. Biz də orada ola bilərik. Lakin belə olmadı”, - deyə o əlavə edib. Lakin qeyd edib ki, "erməni kilsəsi sıralarında da öz mənafelərini düşünənlər çoxluq təşkil edir. Kilsə xadimlərimiz artıq kilsənin adından danışmağa başlayıblar. Siz məni kilsənin əleyhinə danışmaqda günahlandırırsınız, amma mənim sözlərim həqiqətdir”.
Daha sonra isə o, Moskvada kilsə inşasında yol verilən yeyintilərə yer verib. Bildirib ki, onun səyi olmasaydı, bu inşa işləri başa çatmayacaqdı: "Sonu necə oldu? Mən istəyirdim ki, bu kompleks dindarların xidmətində dursun, icma üzvlərinin yox. Lakin onun sahibi kilsə oldu. İcmaya isə heç nə çatmadı. Mən artıq üç ildir ki, ora ayaq basmıram. O ki qaldı Ara Abramyana, bu şəxs tək özünü yox, bizləri də rüsvay edir. Bu şəxsin fəaliyyəti başdan-ayağa kriminal üzərində qurulub. Siz bir şeyi başa düşün - bizim xalq bir daha bir səhv eləmək hüququnu itirib.
Yeri gəlmişkən, bu, Rusiya Erməniləri İttifaqının sədrinə qarşı səslənən tək ittiham deyil. Bu yaxınlarda internetdə onu erməni soydaşının biznesini zorla ələ keçirməkdə ittiham edən video yerləşdirilmişdi. Videoda Yuri Semyonov adlı Federal Təhlükəsizlik Xidmətinin keçmiş işçisi Abramyanı "reyder hücumu” həyata keçirməkdə ittiham edib. A.Abramyanın Ruben Qriqoryan adlı birisini hədələyərək biznesini ələ keçirdiyi vurğulanır. Məlumata görə, həmin iş adamı obyekt tikəndə pulu qurtarır. Bu zaman potensial investor qismində Abramyan çıxış edir. Həmin obyektin inşası başa çatdıqdan sonra Abramyan 50 faiz deyil, bütün obyektin ona verilməsini tələb edir. Özü də səhmdar qismində arvadı Natalya Abramyanın (hazırda ABŞ vətəndaşıdır) adını yazdırır. Sahibkar buna razılıq verməyəndə isə, zorla tikintini özününkü etdirir. Sonda isə öz yaxın qohumu olan birini obyektin səhmlərinin tək sahibinə çevirir.
Bütün bunlar Rusiyadakı erməni icmasının əsl simasını, onun konkret hansı işlərlə məşğul olduğunu göstərir. Bir faktı da qeyd edək ki, Ara Abramyan Serj Sarkisyana yaxınlığı ilə seçilir. Onların birgə biznesə malik olduqları vurğulanır. Onların eyni zamanda Rusiyada xeyriyyə marafonlarında yığılan vəsaitləri mənimsədikləri bildirilir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər