AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Rusiyadakı azərbaycanlıların ölkəyə buraxılma vaxtı müəyyənləşdi

Rusiyadakı azərbaycanlıların ölkəyə buraxılma vaxtı müəyyənləşdi

Təfsilat
01 Aprel 2020, 19:17 245
Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə buraxılma vaxtı açıqlanıb.
"Qafqazinfo”nun xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin twitter səhifəsində məlumat verilib.

"COVID-19-un bölgədə geniş yayılması səbəbi ilə müvəqqəti olaraq, Rusiyadan Azərbaycana səfər edən Azərbaycan vətəndaşlarının 31 Mart tarixindən "Samur” – "Yaraq Qazmalar” sərhəd buraxılış məntəqəsindən keçidi həftənin şənbə günləri müəyyən olunmuş vaxtda təmin ediləcək”, - deyə XİN-in məlumatında qeyd olunub.