• cümə, 26 Aprel, 23:31
  • Baku Bakı 22°C

Rusiyada yaralanan azərbaycanlıların adları məlum oldu - Siyahı

18.07.14 12:58 1053
Rusiyada yaralanan azərbaycanlıların adları məlum oldu - Siyahı
Rusiyanın Stavropol diyarı ərazisində baş verən yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşları xəsarət alıb. APA-nın “sevkavportal.ru” saytına istinadən verdiyi xəbərə görə, qəza bu gün səhər saat 06.00 radələrində Georgiyevsk rayonunun Obilnoye kəndi yaxınlığında, Koçubey-Zelenokumsk-Mineralnıye Vodı yolunda baş verib.
“Mercedes” markalı mikroavtobusun “VAZ 2113” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Xəsarət alanlardan 6 nəfəri mikroavtobusun sərnişinləri olub. Onların hamısı Azərbaycan vətəndaşıdır.
Rusiya DİN-in Stavropol diyarı üzrə Dövlət Avtomobil Müfəttişliyi İdarəsindən bildiriblər ki, Zelenokumskdan Georgiyevsk istiqamətinə hərəkət edən mikroavtobus naməlum səbəbdən yolun qarşı tərəfinə çıxıb və “VAZ 2113” avtomobili ilə toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü ölüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
X X X
Rusiyanın Stavropol diyarında mikroavtobusun qəzaya uğraması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının kimliyi məlum olub
Rusiyanın Stavropol diyarında içərisində Azərbaycan vətəndaşlarının olduğu mikroavtobusun qəzaya uğraması nəticəsində yaralanan şəxslərin kimliyi məlum olub.
Bu barədə APA-nın Rusiya bürosuna Ümumrusiya Azərbaycan Konqresinin Stavropol diyarı üzr regional bölməsinin rəhbəri Fəxrəddin Yarıyev məlumat verib.
F. Yarıyev bildirib ki, yaralılar mikroavtobusun sürücüsü və Azərbaycan vətəndaşı olan 5 nəfər sərnişini, eləcə də mikroavtobusla toqquşan “Jiquli”nin 2 sərnişinidir. Xəsarət alan Azərbaycan vətəndaşları aşağıdakılardır:
Əliquliyev Sərəddin Amir oğlu,
Qurbanova Urbiyyə Zülfüqar qızı,
Rüstəmli Əsədulla Bəhlul oğlu,
İbadlı Xamir Ehtiram oğlu,
Abışov Rəis Baloğlan oğlu.
Yaralılar Georgiyevsk Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər