• cümə axşamı, 25 aprel, 05:26
  • Baku Bakı 19°C

Rusiyada vahid seçkilər günü başa çatıb

09.09.19 13:51 590
Rusiyada vahid seçkilər günü başa çatıb
Rusiyanın 85 regionunda vahid səsvermə günü keçirilib, müxtəlif səviyyələrdə 5 mindən çox seçki keçirilib.
AZƏRTACxəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə zamanı ciddi qanun pozuntuları qeydə alınmayıb. Sankt-Peterburqda Aleksandr Beqlov səslərin 64,56 faizini toplayaraq qubernator seçilib. Xatırladaq ki, Aleksandr Beqlov həmyerlimizdir. 1956-cı ildə Bakıda doğulub, orta təhsilini də Azərbaycan paytaxtında alıb.
Saxalin vilayəti, Zabaykalye diyarı, Altay Respublikası, Kalmıkiya, Kursk vilayəti, Lipetsk vilayəti, Kurqan vilayəti, Stavropol diyarı, Orenburq vilayəti, Çelyabensk vilayəti, Həştərxan vilayəti, Volqoqrad vilayəti, Murmansk, İnquşetiya Respublikası və Başqırdıstanda da qubernator və respublika başçılarının seçkiləri keçirilib.
Sentyabrın 8-də Moskva Dövlət Dumasına, Xabarovsk, Sevastopol qanunvericilik orqanlarına seçkilər baş tutub. Bundan əlavə, bir sıra şəhərlərin meri seçilib.
Vahid seçkilər günü Dövlət Dumasına birmandatlı dairələr üzrə təkrar seçkilər olub.
banner

Oxşar Xəbərlər