Rusiyada təyyarənin mühərriki alışdı - 200-dən çox sərnişin təhlükədə

Rusiyada təyyarənin mühərriki alışdı - 200-dən çox sərnişin təhlükədə

Təfsilat
18 Yanvar 2020, 10:51 473
Rusiyanın Novosibirsk şəhərinin "Tolmaçovo” hava limanında uçuşdan qabaq təyyarənin mühərriki yanıb.
Trend-in məlumatına görə, S7 aviaşirkətinə məxsus və Vyetnama uçmalı olan təyyarədə 200-dən çox sərnişin olub.
Hadisədən sonra sərnişinlər və heyət üzvləri təxliyə olunub. Yanğının qarşısı qısa müddət ərzində alınıb.

Sərnişinlər hotellərə yerləşdirilib. Onların yeni təyyarə ilə təmin olunacağı deyilir.