• cümə axşamı, 25 aprel, 18:15
  • Baku Bakı 21°C

Rusiyada təyyarə qəzası: 9 ölü

26.12.13 16:49 1394
Rusiyada təyyarə qəzası: 9 ölü
Rusiyanın İrkutsk vilayəti yaxınlığında An-12 təyyarəsi qəzaya uğrayıb. Lent.az-ın məlumatına görə, hadisə nəticəsində 9 nəfər ölüb.
Onlardan 6-sı ekipaj üzvləri, 3-ü müşayiətçidir. Hələlik 5 nəfərin meyiti tapılıb. Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, təyyarə yerə düşdükdən sonra yanğın başlayıb. Yanğını 24 texnika və 95 nəfərin köməkliyi ilə lokallaşdırmaq mümkün olub.
“Təyyarə” “İrAvia” aviaşirkətinə məxsus olub və Novosibirsk aviazavodundan İrkutska aviasiya texnikası daşıyırmış. Hava gəmisi hərbi hissə anbarının üzərinə düşüb. Anbarda döyüş sursatları və avtomobil hissələri saxlanılır. Təyyarənin düşdüyü yerdə heç kim xəsarət almayıb.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırmalar aparılır.
banner

Oxşar Xəbərlər