• şənbə, 20 Aprel, 09:21
  • Baku Bakı 14°C

Rusiyada terror planlaşdıran İŞİD-çilərə qarşı əməliyyat keçirilib

17.04.18 15:05 704
Rusiyada terror planlaşdıran İŞİD-çilərə qarşı əməliyyat keçirilib
Rusiyada terror planlaşdıran İŞİD-çilərə qarşı xüsusi əməliyyat keçirilib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Federal Təhlükəsizlik Xidmətindən xəbər verilib.

Dəstə üzvləri silah və əldə düzəlmə partlayıcı vasitələrlə ölkənin cənubunda hücumlar etməyi planlaşdırıblar. Dəstə başçısıRostovda keçirilənxüsusi əməliyyat zamanı müqavimət göstərib və əlində olan partlayıcı qurğunu işə salıb. Nəticədə terrorçu ölümcül xəsarət alıb.

Dəstənindigər 3 üzvü saxlanılıb.

Əməliyyat axtarış tədbirləri davam edir.
banner

Oxşar Xəbərlər